Polşadan Rusiya önləmi: Araşdırma komissiyası yaradılırbackend

Polşadan Rusiya önləmi: Araşdırma komissiyası yaradılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa parlamenti Rusiyanın Polşanın daxili təhlükəsizliyinə təsirini araşdırmaq üçün komissiyanın yaradılmasını nəzərdə tutan qanunu qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, önümüzdəki günlərdə Senatda müzakirəyə çıxarılacaq qanun çərçivəsində qurulacaq komissiya 2007-2022-ci illər arasında Rusiyanın təsiri altında Polşanın maraqlarına xələl gətirən hərəkət edən dövlət məmurlarını və yüksək səviyyəli rəhbərləri ifşa edəcək araşdırmalar aparacaq.

Müxalifət partiyaları qanunun konstitusiyaya zidd olduğu səbəbiylə etiraz ediblər.

İqtidarda olan Hüquq və Ədalət Partiyasının üzvləri isə komissiyanın dövlətin təhlükəsizliyi üçün əhəmiyyətli olduğunu müdafiə ediblər.

NOCOMMENT.AZ