Polşadan Ukraynaya 47-ci hərbi yardım paketibackend

Polşadan Ukraynaya 47-ci hərbi yardım paketi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Ukraynaya 47-ci hərbi yardım paketini təqdim edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski məlumat verib.

Nazirin sözlərinə görə, son bir neçə yardım paketinin dəyəri hər biri ən azı 100 milyon avro olub.

Bundan əvvəl Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas bildirmişdi ki, Aİ Ukraynaya çatdırmaq üçün ABŞ-dan silah alacaq. Bununla belə, o, Vaşinqtonun bu xərclərin bir hissəsini qarşılamasını istədiklərini də vurğulamışdı.