Polşanın baş naziri Putinin NATO-nun Ukraynaya birbaşa müdaxiləsi ilə bağlı dediklərini yüksək qiymətləndiribbackend

Polşanın baş naziri Putinin NATO-nun Ukraynaya birbaşa müdaxiləsi ilə bağlı dediklərini yüksək qiymətləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın baş naziri Donald Tusk hesab edir ki, Vladimir Putin NATO-ya Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərində uzaqmənzilli silahlardan atəş açmağa icazə verməsinin nəticələri barədə xəbərdarlıq etməklə, Qərbi hadisələrin bu cür inkişafından çəkindirməyə çalışır.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini TVN 24 sitat gətirir.

“Gəlin Putinin sözlərini Qərbi bu cür yardım göstərməkdən çəkindirmək cəhdi kimi qəbul edək… Müəyyən mənada Putinin sözləri bizi bu yardımın məqsədəuyğun, zəruri və davam etdirilməli olduğuna inandırmalıdır”, – Tusk bildirib.

Polşanın baş naziri hesab edir ki, Rusiya liderinin bəyanatı təmas xəttində Rusiya Silahlı Qüvvələri üçün guya çətin vəziyyətin yarandığını göstərir.