Polşanın cənubunda kritik daşqın müşahidə olunur və ordu xilasetmə işlərinə cəlb olunub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb.
Onun sözlərinə görə, daşqınla bağlı 4 minə yaxın hərbçi yardım göstərir.
“Kłodzkada Nysa Bystricka çayı öz sahillərini aşdı. Skosnaya və Helmonski küçələrində artıq bir metrə yaxın su var. Mer şəhərə girişləri bağlamaq qərarına gəlib”, – nəşr yazır.
Qeyd olunur ki, şəhərdə əsas daşqın dalğası gələn gecə gözlənilir.
Radiostansiyanın məlumatına görə, daşqınlara güclü yağışlar səbəb olub.
Bundan əvvəl Rumıniyada daşqınlar nəticəsində 4 nəfər həlak olub.