Polşanın əsas silah tədarükçüsü açıqlandıbackend

Polşanın əsas silah tədarükçüsü açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ keçən il Polşaya əsas silah tədarükçüsü olub. 2023-cü ildə Varşava ÜDM-in 4%-ni müdafiəyə xərcləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Polşa prezidenti Andjey Duda Amerikanın “Fox News” telekanalına müsahibəsində bildirib.

“Buna görə də keçən il biz artıq ÜDM-in 4 faizini müdafiəmizə xərcləmişik. Bunlar əsasən ABŞ-da etdiyimiz böyük silah alışlarıdır”, – deyə Duda bildirib.

Onun sözlərinə görə, Polşa ilə ABŞ arasında sıx müttəfiqlik, güclü Avroatlantik əlaqələr təkcə Polşa və Aİ-nin deyil, həm də Vaşinqtonun maraqlarına cavab verir. O vurğulayıb ki, “bu əlaqələr nə qədər güclü olsa, Avropa bir o qədər təhlükəsizdir”.