Polşanın keçmiş baş prokuroru və ədliyyə naziri Zbiqnev Zebro casusluq işi üzrə dindiriləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti Varşava Rayon Məhkəməsinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, söhbət İsrailin “Pegasus” casus proqramından qeyri-qanuni istifadədən gedir. İşə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) baxacaq.
“Bazar ertəsi Varşava Dairə Məhkəməsi Seym İstintaq Komitəsinin Zbiqnev Zebronun saxlanmasına və öz iclasına məcburi gətirilməsinə icazə verilməsi barədə müraciətinə baxıb”, – məhkəmə izah edib.
Pegasus proqram təminatı İsrailin NSO Group Technologies şirkəti tərəfindən hazırlanıb. O, uzaqdan şübhəli şəxsin telefonuna quraşdırıla bilir, buna görə də Pegasus kəşfiyyat orqanları tərəfindən yüksək qiymətləndirilib.