Polşanın yeganə nüvə reaktoru lisenziyasının müddəti bitdiyi üçün bağlanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Milli Nüvə Tədqiqatları Mərkəzinin nümayəndəsi bildirib.
“Atom Enerjisi üzrə Dövlət Agentliyinin verdiyi lisenziyanın müddəti başa çatıb. Bu sənəd olmadan reaktor işləyə bilməz. Ona görə də fəaliyyəti dayandırılıb”, – deyə o vurğulayıb.
Mənbə əlavə edib ki, ölkənin Nüvə Enerjisi üzrə Dövlət Agentliyi yaxın vaxtlarda yeni lisenziya verə bilər, bundan sonra reaktor yenidən işə başlayacaq.