Polyanski: Ukraynadakı vəziyyətlə bağlı ayrıca BMT iclası keçiriləcəkbackend

Polyanski: Ukraynadakı vəziyyətlə bağlı ayrıca BMT iclası keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-də (Birləşmiş Millətlər Təşkilatı) Rusiya Federasiyasının daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, Rusiya Ukrayna ilə bağlı vəziyyətə dair Təhlükəsizlik Şurasının iclasının keçirilməsi üçün müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

İclas zamanı Polyanski qeyd edib ki, iştirakçılar Kiyevdəki “tamamilə korrupsiyaya bulaşmış rejimin” Vladimir Zelenski və onun ətrafını xilas etməyə çalışaraq ölkənin gələcəyini təhlükə altına atmasını görməzdən gəlirlər.

O əlavə edib ki, bu məsələlər 31 iyul tarixində Rusiya tərəfinin təşəbbüsü ilə keçiriləcək ayrıca iclasda ətraflı müzakirə olunacaq. Diplomat vurğulayıb ki, Rusiya Ukrayna münaqişəsinin diplomatik yolla həllinə mane olan addımların müzakirəsinə diqqət ayrılmasını təklif edir.