Pompeo ABŞ-nin Ukrayna və Tayvanı silahlandırmaqda ləng olmasını tənqid etdibackend

Pompeo ABŞ-nin Ukrayna və Tayvanı silahlandırmaqda ləng olmasını tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo ölkəsinin Ukraynada olduğu kimi Tayvanı da silahlandırmaqda gecikdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Pompeo bu qiymətləndirmələri Vaşinqtonda yerləşən Hudson İnstitutunda keçirilən paneldə edib.

Rusiyanın Ukraynada taktiki nüvə silahı istifadə etmə ehtimalından narahat olduğunu izah edən Pompeo, belə bir vəziyyətdə ABŞ-ın diqqətinin yayınacağını bildirib.

Keçmiş nazir Co Bayden administrasiyasının Ukraynaya az-az silah və texnika verməklə müharibə prosesini uzatdığını və bunun kifayət qədər riskli olduğnu qeyd edib.

Pompeo Ukraynaya verilən silahların həddən artıq çox olması ilə bağlı reaksiyalara da münasibət bildirib:

“Əgər biz bunu etməsəydik, Putin bu gün təkcə Kiyevdə deyil, Varşavada da oturardı. Bu, hər bir amerikalı üçün yaxşı olmazdı”.

NOCOMMENT.AZ