Pompeodan ikibaşlı Qarabağ açıqlaması – İşğalçını görməzdən gəldibackend

Pompeodan ikibaşlı Qarabağ açıqlaması – İşğalçını görməzdən gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Dövlət katibi Maykl Pompeo Ermənistan-Azərbaycan münaqişəsi ətrafında yaranmış son duruma münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Tvitterdə yazıb.

“Azərbaycan və Ermənistanı atəşkəsə riayət etməyə çağırırıq. Gəncə və Stepanakertin (Xankəndi) mülkü əhalisinin atəşə tutulması yolverilməzdir”, – Pompeo bildirib.

Həmişə nalı qoyub mıxa zərbə vuran ABŞ-ın dövlət katibi bir şeyi unudur ki, Azərbaycan Silahlı Qüvvələri mülki hədəfləri yox, işğalçının öz ərazilərinə yerləşdirdiyi hədəfləri hədəf alıb. Təsadüfi deyil ki, bu günədək Azərbaycan ordusunun Dağlıq Qarabağda həyata keçirdiyi antiterror əməliyyatlarında Ermənistan tərəfdən bir mülki şəxs belə həyatını itirməyib. Ermənistan hərbi qüvvələrinin namərd hücumları isə Azərbaycan tərəfindən 50-yə yaxın mülki şəxsin ölümünə, yüzlərlə insanın yaralanmasına yol açıb.
Teleqraf