Populyar avtomobil nömrələrinin rüsumu artırıldı – SİYAHIbackend

Populyar avtomobil nömrələrinin rüsumu artırıldı – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

NOCOMMENT xəbər verir ki, dəyişikliklə avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunmuş rəqəmlərlə bağlı dövlət rüsumları müəyyənləşib.

Dəyişikliklə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2 000, seriyası eyni hərflərdən ibarət olduqda 3 000 manat; 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1 500, seriyası eyni hərflərdən ibarət olduqda 2 000; 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1 000, seriyası eyni hərflərdən ibarət olduqda 1 500 manat dövlət rüsumu tutulacaq.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.