Ukrayna hakimiyyəti “hücum əməliyyatlarını” unutmalı və diqqətini müdafiəyə yönəltməlidir.
NOCOMMENT.az xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko “Bild” qəzetinə müsahibəsində deyib.
“Biz “hücum əməliyyatı” ifadəsini unutmalıyıq”, o qeyd edib və diqqəti müdafiəni gücləndirməyə və hava hücumundan müdafiəni artırmağa çağırıb.
Bundan başqa, eks-prezident etiraf edib ki, iki-üç aya atəşkəs əldə etmək şansı yaranacaq.