NATO Ukrayna ilə SSRİ-nin sərt tənqidlərinə baxmayaraq alyansa üzv olmuş Qərbi Almaniya ilə eyni şəkildə davranmalıdır.
NOCOMMENT.az xəbər verir ki, bunu “Times of Malta” qəzetinə müsahibəsində Ukraynanın keçmiş prezidenti (2014-2019) Pyotr Poroşenko deyib.
“Biz bu təcrübədən öyrənməli və indi təkrarlamalıyıq”, – deyə o vurğulayıb.
Poroşenko əmin olduğunu bildirib ki, ABŞ-ın seçilmiş prezidentinə lazım olan yeganə şey Ukraynanı NATO-ya dəvət etməkdir. O, bunu “müharibənin başa çatması üçün çox vacib ilkin şərt” və “bütün hərbi fəaliyyətlərin dondurulması” kimi, həm də Rusiya rəhbərliyinə güclü siqnal kimi qiymətləndirib.