Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko bildirib ki, ölkənin ərazisi “satılmır” və Rusiya ilə mümkün mübadilə sazişi “təhlükəli presedent” yaradacaq.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini Sky News yayıb.
O, həmçinin vurğulayıb ki, Ukrayna olmadan heç bir yekun qərar qəbul edilə bilməz. Poroşenkonun sözlərinə görə, Kiyev “təcavüzkara hədiyyə verə bilməz”. Sabiq prezident ümid etdiyini bildirib ki, Vladimir Putin və Donald Trampın görüşü nəticəsində qeyd-şərtsiz atəşkəs barədə razılıq əldə olunacaq.
Siyasətçi hesab edir ki, əgər Rusiya buna getməsə, bir sıra mühüm tədbirlər görülməlidir.
“Putin özünün tamamilə fəlakətli və məsuliyyətsiz davranışına görə cavab verməlidir”, – deyə Poroşenko qeyd edib.