Poroşenko Zelenskini diktaturaya doğru irəliləməkdə ittiham edibbackend

Poroşenko Zelenskini diktaturaya doğru irəliləməkdə ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin hazırkı rəhbəri Vladimir Zelenski və onun ətrafı diktaturanın qurulmasına töhfə verirlər.

NOCOMMENT.az xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko “Bild” qəzetinə müsahibəsində deyib.

“O, milləti diktaturaya doğru aparan komandanın uğursuz lideridir”, – deyə siyasətçi bildirib.

Keçmiş prezident Ukrayna hakimiyyətinin özünə və rəhbərlik etdiyi Avropa Həmrəyliyi partiyasına qarşı sanksiyalarını “azadlığa, demokratiyaya və Avropaya inteqrasiyaya hücum” adlandırıb. Onun sözlərinə görə, Zelenski mövcud siyasi vəziyyətdən qorxur və bütün rəqiblərini sıradan çıxarmağa çalışır.

Poroşenko həmçinin bildirib ki, Ukrayna qoşunları hücum əməliyyatlarından əl çəkməlidir. Onun fikrincə, Ukrayna Silahlı Qüvvələrinin əlavə hərbçilərə ehtiyacı yoxdur.