Poroşenkonun şirkəti “Şərurlu İsfəndiyar”ı məhkəməyə verdibackend

Poroşenkonun şirkəti “Şərurlu İsfəndiyar”ı məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şərur” MTK məhkəməyə verilib.

NOCOMMENT.az xəbər verir ki, “ölkə.az”ın məlumatına görə, “Azroşen” MMC MTK ilə bağlı iddia qaldırıb.

Məhkəmə işinin mahiyyəti açıqlanmayıb.

İşə hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Azroşen” MMC Ukraynanın “Roşen” şirkətinin Azərbaycan filialıdır və 2003-cü ildə qeydiyyatdan keçib. Şirkət şirniyyat məhsullarının hazırlanması ilə məşğul olur. “Roşen” şirkətinin sahibi Ukraynanın sabiq prezidenti Petro Poroşenkodur.

Onu da qeyd edək ki, “Şərur” MTK-nın sahibi “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovdur.