Portuqaliyada TƏTİL: Qatarların yarıdan çoxu ləğv edildibackend

Portuqaliyada TƏTİL: Qatarların yarıdan çoxu ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliyada maaş artımı tələb edən dəmiryol işçiləri 2 Mart Cümə axşamı gününə qədər davam edəcək tətilə başlayıblar.

NOCOMMENT.az xəbər verir ki, ölkə üzrə 249 qatar xidmətinin 143-nün (57,4%) ləğv edildiyini açıqlanıb.

Tətillərin şəhərətrafı səfərlərlə yanaşı, şəhərlərarası səfərlərə də təsir etdiyi, problemlərin paytaxt Lissabon və Porto kimi böyük şəhərlərdə daha da böyük olduğu bildirilib.

Portuqaliya mətbuatında çıxan xəbərlərə görə 13 min adamın gündəlik işə getdiyi, 47 min şagirdin ölkə daxilində məktəbə getmək üçün qatardan istifadə etdiyi və tətillərin gündəlik həyatı iflic etdiyi qeyd edilib.

NOCOMMENT.AZ