Postmüharibə dövründə 94 min şəxsə sosial ödəniş edilibbackend

Postmüharibə dövründə 94 min şəxsə sosial ödəniş edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Postmüharibə dövründə 94 min şəxsə 104 min sosial ödəniş təyinatı aparılıb.

NOCOMMENT.az-ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazirin sözlərinə görə, bu ödənişlərin əksəriyyəti proaktiv qaydada həyata keçirilib:

“Şəhid ailələri və müharibə əlilləri heç bir yerə müraciət etmədən, sənəd toplamadan bu ödənişlər elektron qaydada təyin edilib.

Yalnız xüsusi müayinə tələb edilən hallarda, məsələn əlilliyin təyinatı ilə bağlı vətəndaşlar müvafiq qurumlara dəvət olunublar”.

Nazir qeyd edib ki, paralel olaraq ötən ilin yanvar ayında təqaüdlər, bu ilin yanvar ayında isə şəhid ailələrinə və müharibə əlillərinə ödənilən müavinətlər 60% artırılıb.