Prabovo Subianto İndoneziyada prezident seçkilərində qalib gəlibbackend

Prabovo Subianto İndoneziyada prezident seçkilərində qalib gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyanın müdafiə naziri Prabovo Subianto ölkənin yeni prezidenti seçilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə İndoneziya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd olunur ki, Subianto ölkənin 38 əyalətindən 36-da qalib gəlib.

Onun andiçmə mərasimi oktyabrın 20-də baş tutacaq.

Subiantonun rəqibləri Ganjar Pranovo və Anis Basvedan nəticələrlə razılaşmayıblar və İndoneziya Konstitusiya Məhkəməsində seçkilərin nəticələrinə etiraz etməyi planlaşdırırlar.