Praqanın Ke Karlovu küçəsində irimiqyaslı qaz sızması baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə yerli İdnes.cz portalı yanğınsöndürmə xidmətlərinin nümayəndələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, qaz kəməri tikinti işləri zamanı zədələnib.
“Hadisənin baş verdiyi yer və ətraf küçələr bağlanıb. Hadisə şahidlərinin sözlərinə görə, nə avtomobillər, nə də avtobuslar keçə bilməyəcək. Qaz xidmətinin əməkdaşları orada qazın konsentrasiyasını ölçürlər”, – məqalədə deyilir.
Şəhərin fövqəladə hallar xidməti hadisə yerinə gəlsə də, fəsadları aradan qaldırmaq üçün vəziyyətə müdaxilə etməyib. Ekspertlər əməliyyat vəziyyətini qiymətləndirirlər. İşçilər birbaşa boru kəmərinə çatmaq və sızmanın qarşısını almaq üçün texniki dəstəyi gözləyirlər.