Premyer liqada daha 4 oyun təxirə salındıbackend

Premyer liqada daha 4 oyun təxirə salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə İngiltərə Premyer Liqasında XVIII turun 4 oyunu koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.

NOCOMMENT.az xəbər verir ki, “Sautgempton” – “Brentford”, “Uotford” – “Kristal Pelas”, “Vest Hem” – “Norviç” və “Everton” – “Lester” görüşləri planlaşdırılan vaxtda baş tutmayacaq.

Qarşılaşmalar 18-19 dekabrda keçirilməli idi.

Qeyd edək ki, daha əvvəl “Börnli” – “Uotford”, “Tottenhem” – “Lester” və “Mançester Yunayted” – “Brayton” matçları eyni səbəbə görə təxirə düşüb.