Prezident Aparatının şöbə müdirləri çevriliş etmək istəyirdilər – Siyavuş Novruzovbackend

Prezident Aparatının şöbə müdirləri çevriliş etmək istəyirdilər – Siyavuş Novruzov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xalqın Ümummilli Lideri Heydər Əliyev, lideri isə İlham Əliyevdir”. 

NOCOMMENT.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin oktyabrın 12-də keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu və ondan əvvəlki müddət hamar olmayıb:

“Çünki Heydər Əliyevin oğlu olmaq həm şərəfli, həm də məsuliyyətlidir. Bu gün Ulu Öndərin siyasəti əsasında aparılan işlərin nəticəsində nailiyyətlərin əldə olunmasının şahidiyiq. Prezident İlham Əliyevə qarşı olan haqsızlıqların çoxunu bilirik. Hələ o vaxt Heydər Əliyevə qarşı Qorbaçov və ətrafında olan ermənilərin ən ağrı zərbələrini məhz Prezident alıb. Demokratiya qırıntıları Heydər Əliyevin oğlu olduğuna görə İlham Əliyevin Naxçıvana getməsinin qarşısını alırdılar. Bax, bu cür ağrılı və əziyyətli proseslərdən keçib. Prezident İlham Əliyev 5 dövlət çevrilişinə cəhdin qarşısının alınmasında Ulu Öndərlə çiyinə-çiyinə çalışıb. Bundan başqa, 2003-cü ildəki seçkidən sonra AXCP-Müsavat dəstəsi Azadlıq meydanına tökülüşdülər. O zaman da İlham Əliyevin qətiyyəti nəticəsində çevrilişə cəhdin qarşısı alındı. Həmçinin dövlətimizin çörəyini yeyən Prezident Aparatının şöbə müdirləri, digər şəxslər çevriliş etmək istəyirdilər. Sonrakı dövrlərdə də İlham Əliyev Azərbaycana qarşı təxribat aparanların qarşısını aldı və nəticə qələbə ilə başa çatdı. Bir sözlə, Prezidentin gördüyü bütün işlər Ümummilli Lider Heydər Əliyevin siyasi xəttidir. 1920-ci ildən bu yana kimsə xalqın lideri hesab olunmayıb. Xalqın Ümummilli Lideri Heydər Əliyev, lideri isə İlham Əliyevdir”.