Prezident ASAN xidmətin əməkdaşlarını təltif etdibackend

Prezident ASAN xidmətin əməkdaşlarını təltif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

NOCOMMENT xəbər verir ki, sərəncamla “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Baxşəliyev Kamil Qəhrəman oğlu
Əliyev Əşrəf Yusif oğlu
Məmmədov Elvin Qasım oğlu
Osmanov Kənan İslam oğlu
Rəhimova Kəmalə Fizuli qızı
Rüstəmov Şahbaz Qadir oğlu

“Tərəqqi” medalı ilə

Cavadov Mehdi Nasir oğlu
Əmiraslanova İradə Azər qızı
Məmmədli Sahil Gülağa oğlu
Naxçıvanski Cəmşid Yusif oğlu
Niftəliyev Elnur Allahverdi oğlu.