Prezident Bayden xərçəng xəstəliyinə tutulubbackend

Prezident Bayden xərçəng xəstəliyinə tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika prezidenti Co Baydenin həkimi ötən ay prezidentin döş qəfəsindən biopsiya ilə götürülən zədənin xərçəng hüceyrəsi olduğunu açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Ağ Ev, Baydenin döş qəfəsindəki lezyon üçün fevralın 16-da aparılan biopsiyanın nəticəsi haqqında Doktor O’Konnorun hesabatını açıqladı.

O’Connor, biopsiya lezyonunun bir dəri xərçəngi növü olduğunu qeyd edərək, “Bütün xərçəng toxuması müvəffəqiyyətlə çıxarıldı” ifadəsini işlətdi.

Digər tərəfdən, həkim qeyd etdi ki, bu zədələr böyümək potensialına malikdir. Biopsiya yerinin sağaldığını deyən O’Konnor, prezidentin vəziyyətinin onun rutin yoxlamaları çərçivəsində izlənəcəyini bildirib.