Prezident bu şəxsləri “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif etdibackend

Prezident bu şəxsləri “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Teymur Əkbər oğlu Əhmədov, Elman Camal oğlu Məmmədov, Tənzilə  Yolçu qızı Rüstəmxanlı, Mənsum İsrafil oğlu İbrahimov, Həsən Əziz oğlu Həsənov, Nailə Məmmədəli qızı Vəlixanlı və Kamal Mehdi oğlu Abdullayev ordenlərlə təltif edilib.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Bele ki, Teymur Əhmədov Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Elman Məmmədov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

Tənzilə Rüstəmxanlı Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Mənsum İbrahimov Azərbaycan milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Həsən Həsənov Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Nailə Vəlixanlı elmin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Kamal Abdullayev elm və təhsilin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.