Prezident: “COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq nüfuzumuzu göstərən vacib amildir”backend

Prezident: “COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq nüfuzumuzu göstərən vacib amildir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir.

NOCOMMENT.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında səsləndirib.

Xarici siyasətdə bundan sonra da geriyə heç bir addımın olmayacağını vurğulayan dövlətimizin başçısı bütün qitələrdə dostlarımızın sayının artdığını söyləyib. Deyib ki, biz indi – İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq.