Prezident DTX-nin bu əməkdaşlarını təltif etdi – SİYAHIbackend

Prezident DTX-nin bu əməkdaşlarını təltif etdi – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

NOCOMMENT.az xəbər verir ki Sərəncama əsasən, Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının kadrlarının hazırlanması sahəsində xidmətlərinə, öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının aşağıdakı əməkdaşları təltif ediliblər:

“Tərəqqi” medalı ilə

Məmmədova Kamina Qavil qızı

“Hərbi xidmətlərə görə” medalı ilə

Allahverdiyev Extibar Yadulla oğlu – polkovnik

Əliyev Elçin Alastun oğlu – polkovnik

Əmirov Ziyafət Məsim oğlu – polkovnik

İsmayılov Azər Valeh oğlu – polkovnik

Nəsirov Elşad Haqverdi oğlu – polkovnik

Fətullayeva Mehparə Dayış qızı – polkovnik-leytenant

Məhərrəmov Namiq Əliəddin oğlu – polkovnik-leytenant.

Təhsil sahəsində xidmətlərinə görə Akif Padar oğlu Orucəliyevə “Əməkdar müəllim” fəxri adı verilib.