Prezident Emin Hüseynovu yeni vəzifəyə təyin etdibackend

Prezident Emin Hüseynovu yeni vəzifəyə təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin olunub.

Qeyd edək ki, Emin Hüseynov sonuncu təyinata qədər Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi kimi fəaliyyət göstərib.

Daha əvvəl – 2021-ci ilin mayından dekabrınadək isə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsi təyin edilib və həmçinin həmin ilin dekabrınadək bu vəzifədə işləyib.