Prezident Ərdoğan Putinlə DANIŞDIbackend

Prezident Ərdoğan Putinlə DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

NOCOMMENT.az xəbər verir ki, Rabitə Nazirliyindən dən verilən açıqlamaya görə, görüşdə Rusiya-Ukrayna müharibəsində baş verənlər müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı Kahovka bəndində baş verən partlayışla bağlı hərtərəfli araşdırmanın şübhəyə yer qoymayacaq şəkildə aparılmasının vacib olduğunu bildirib.

Rusiya və Ukrayna ekspertlərinin, Birləşmiş Millətlər Təşkilatının və Türkiyənin də daxil olduğu beynəlxalq ictimaiyyətin iştirakı ilə komissiya yaradıla biləcəyini ifadə edən prezident Ərdoğan Türkiyənin bu kontekstdə üzərinə düşəni etməyə hazır olduğunu bildirib.

Bütün dünyanın Taxıl razılaşmasının davam etdirilməsinə verdiyi önəmi vurğulayan Prezident Ərdoğan, birgə səylərlə qurduqları razılaşmanın qlobal ərzaq böhranının həllində mühüm rol oynadığını vurğulayıb.

NOCOMMENT.AZ