Prezident Ərdoğandan “NATO Zirvəsi” ilə bağlı paylaşımbackend

Prezident Ərdoğandan “NATO Zirvəsi” ilə bağlı paylaşım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, “Vilnüs sammiti NATO-nun çəkindirici gücünü artırmaqla yanaşı, terrorizmlə mübarizədə, Avropa Birliyinə üzvlük prosesində və ölkəmizə qarşı sanksiyaların aradan qaldırılmasında yeni başlanğıclar və kritik qərarların qəbul edilməsində mühüm rol oynadı” deyə açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Ərdoğan sosial media hesabında Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı haqqında aşağıdakı ifadələri qeyd edib:

“İnşallah əldə etdiyimiz bu qazancları atacağımız addımlarla daha da möhkəmləndirəcəyik. Bundan sonra da hər platformada ölkəmizin maraqlarını, millətimizin haq və hüquqlarını çox güclü şəkildə müdafiə edəcəyik. Yaxın gələcəkdə baş verəcək hər bir inkişafın Türkiyənin rolunu, ağırlığını və effektivliyini daha da artıracağını birlikdə görəcəyik”

NOCOMMENT.AZ