Prezident Ərdoğanın andiçmə mərasiminə qatılacaq liderlərbackend

Prezident Ərdoğanın andiçmə mərasiminə qatılacaq liderlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə 21 ölkədən liderlər qatılacaq.

NOCOMMENT xəbər verir ki, andiçmə mərasiminə qatılacaq liderlər Türkiyəyə gəlməyə başlayıb.

Türkiyədə 14 may 2023-cü il bazar günü prezident və parlament seçkiləri üçün sandıq başına getdi.

Prezident seçkiləri ikinci tura qaldı.

28 may 2023-cü il bazar günü keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan Kamal Kılıçdaroğluna qarşı böyük qələbə qazandı.

Prezident Ərdoğanın qələbəsindən sonra dünən parlamentdə millət vəkilləri and içib.

İndi növbə prezident Ərdoğandadır. Prezident Rəcəb Tayyib Ərdoğan bu gün and içəcək və saat 22:00 radələrində kabinetini açıqlayacaq.

Bu gün prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə dünyanın müxtəlif ölkələrindən bir çox dövlət və hökumət başçıları qatılacaq.

Mərasimdə iştirak etmək üçün NATO-nun baş katibi Yens Stoltenberq və Ermənistanın baş naziri Nikol Paşinyanın da Türkiyəyə gələcəyi gözlənilir.