Prezident Ərdoğanla razılaşdıq – Finlandiya və İsveç məsələsibackend

Prezident Ərdoğanla razılaşdıq – Finlandiya və İsveç məsələsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Stoltenberq Türkiyə, Finlandiya və İsveç arasındakı çətinlikləri həll etmək üçün gələn ayın ortalarında Brüsseldə görüşəcəkləri barədə Rəcəb Tayyib Ərdoğanla razılaşdıqlarını bildirib.

NOCOMMENT xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq həmçinin başqa məsələlər haqqında – Finlandiya və İsveçin NATO-ya üzvlüyü, Ukrayna-Rusiya müharibəsi və Çinlə bağlı da açıqlamalar verib.

İyulun 11-12-də Litvada keçiriləcək NATO zirvəsinə qədər həm Finlandiya, həm də İsveçin alyansa tamhüquqlu üzv olmasını hədəflədiyini bildirən Stoltenberq, “Qəbul prosesinin bir hissəsi olaraq, ABŞ da daxil olmaqla bir çox NATO müttəfiqi , ikitərəfli təhlükəsizlik təminatları veriblər. Ona görə də NATO-nun cavabı olmadan Finlandiya və ya İsveçin Rusiyadan hər hansı hərbi təhlükə ilə üzləşməsi ağlasığmazdır” deyib.