Prezident gələn il üçün yaşayış minimumu və ehtiyac meyarının həddini təsdiqləyibbackend

Prezident gələn il üçün yaşayış minimumu və ehtiyac meyarının həddini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunlarını imzalayıb.

NOCOMMENT xəbər verir ki, sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyənləşib.

Belə ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib.

Digər qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində təsdiq edilib.

Hər iki qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.