Prezident Hadrutda yeni məscidin təməlini qoyub – FOTObackend

Prezident Hadrutda yeni məscidin təməlini qoyub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

NOCOMMENT.az xəbər verir ki, dövlətimizin başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoydu.

Hadrut qəsəbəsində yerli əhali üçün inşa ediləcək məscidin minarəsi 26 metr olacaq. Eyni vaxtda 250 nəfərin ibadəti üçün nəzərdə tutulan məscidin ikinci mərtəbəsində qadınların ibadət otağı yerləşəcək.

Məscidin fasadında xüsusi bəzək elementlərindən istifadə olunacaq. Report