Prezident İlham Əliyev “İsgəndər” raketinin atılmasından danışdıbackend

Prezident İlham Əliyev “İsgəndər” raketinin atılmasından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“O ki qaldı Ermənistan baş nazirinin “İsgəndər” raket kompleksi ilə bağlı bəyanatlarına, o, bizdə də suallar doğurub. Mən bunu ironiyalaşdırmaq istəməzdim. Bu məsələyə istər Rusiyanın rəsmi şəxsləri, istər parlament üzvləri, istərsə də ekspertlər tərəfindən kifayət qədər şərh verilib ki, raketin 10 % partlaması üçün gərək xeyli çalışasan”.

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Biz “İsgəndər” raketinin atılmasını görməmişik. Ona görə bu bəyanat səsləndiriləndə ötən gün biz yenə də maraqlandıq, ancaq yox, biz bunu görməmişik. Bu sadəcə publik şəkildə deyilmiş boş söz idi”, – Prezident qeyd edib.

Report