Prezident İlham Əliyev Qazaxıstana getdibackend

Prezident İlham Əliyev Qazaxıstana getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qazaxıstana işgüzar səfərə gedib.

NOCOMMENT xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında dövlət başçısını Qazaxıstanın Baş naziri Əlixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar.