KoronaVirus İnformasiya Portalı
Prezident İlham Əliyevin qlobal liderliyi və qlobal baxışı: BMT Baş Assambleyasının xüsusi sessiyasıbackend

Prezident İlham Əliyevin qlobal liderliyi və qlobal baxışı: BMT Baş Assambleyasının xüsusi sessiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nurəddin Mehdiyev: Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə dünyanın dəstəyi ölkəmizə olan böyük etimadın və hörmətin göstəricisidir.

Nurəddin Mehdiyev

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə və bu təşəbbüsün dünyanın əksər ölkələri tərəfindən dəstəklənməsinə münasibətini bildirdi.

Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə zəruri məsələlər gündəmə gətirilir, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Nümunə olaraq qeyd edə bilərik ki, Azərbaycan Respublikası Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım vermişdir.

İndi özünü təcrid və kiçik tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır. Təəssüf ki, BMT və onun əsas qurumları, böyük dövlətlər COVİD-19 pandemiyasına qarşı mübarizədə gözləntiləri qarşılamadılar. Onlar təşəbbüskar olmaq, qlobal liderlik əzəzinə geosiyasi rəqabət və özünü təcridə kökləniblər. Dünyanın bir sıra iri dövlətləri qlobal təhlükələrə və çağrışlara qarşı birləşməkdənsə, daha çox dünyanın müxtəlif regionlarında olan münaqişə və müharibələrdə tərəflərdən birini dəstəkləyir, bəzi terror təşkilatlarını himayə edirlər. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də onların da əksəriyyəti uğurla nəticələnmir və yalnız deklarativ mətnlərlə yekunlaşır.

Dünyanın belə reallıqla qarşı-qarşıya olduğu bir vaxtda Prezident İlham Əliyevin 2020 – ci il mayın 4- də Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə Qoşulmama Hərəkatının sədri kimi çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürməsi onun qlobal liderlik keyfiyyətlərinin və dünyada baş verən hadisələrə qlobal baxmaq bacarığının göstəricisidir.

Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırıla bilər. Rəsmi məlumatlara görə 130-a qədər BMT üzv dövləti tərəfindən Prezident İlham Əliyevin təşəbbüsü dəstəklənmişdir. Bu bir daha beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.

Prezident İlham Əliyevin irəli sürdüyü və QH ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün xüsusi sessiyasının keçirilməsi artıq təkcə QH ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir.

Qlobal təşəbbüsün dünyanın əksər ölkələri tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan ənənəvi destruktiv mövqeyini ortaya qoyaraq təşəbbüsə qarşı çıxmışdır. Bütün dünya bir daha Ermənistanın əsl pozucu mahiyyətinin şahidi olmuşdur.

Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına və bu qlobal təhdidə qarşı birlikdə cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir.

Prezident İlham Əliyevin təşəbbüsü Azərbaycanın qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətinin və qlobal təhdidlərə qarşı mübarizədə hər zaman əhəmiyyətli rol oynamasının sübutudur.