KoronaVirus İnformasiya Portalı
Prezident: “İşğala son qoyulandan sonra Qarabağın erməni və azərbaycanlı əhalisi uzun illər boyu olduğu kimi birlikdə yaşamalıdır”backend

Prezident: “İşğala son qoyulandan sonra Qarabağın erməni və azərbaycanlı əhalisi uzun illər boyu olduğu kimi birlikdə yaşamalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu mövzuda əvvəl də, eskalasiyaya qədər də, eskalasiya dövründə də dəfələrlə danışmışam. Elə dünən Türkiyə telekanalına müsahibədə demişəm ki, biz Qarabağ ərazisində yaşayan ermənilərə öz vətəndaşlarımız kimi baxırıq. Hesab edirik ki, münaqişə nizamlanandan, işğala son qoyulandan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi uzun illər boyu olduğu kimi birlikdə yaşamalıdır”.

NOCOMMENT.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 6-da Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində jurnalistin “Döyüş əməliyyatlarının başa çatdığını və Azərbaycanın öz qarşısına qoyduğu məqsədlərə nail olduğunu fərz etsək, Qarabağda yaşayan ermənilərin sayını nəzərə almaqla onları hansı gələcək gözləyir? Onların aqibəti necə olacaq?” sualına cavabında deyib.

“1980-ci illərin sonunda münaqişə başlayanda Dağlıq Qarabağ ərazisində əhalinin 75 faizi erməni, 25 faizi isə azərbaycanlı idi. Onların cinayətkar rejiminin başçısının qondarma “inauqurasiyası”nı keçirdikləri və Azərbaycan xalqını təhqir etdikləri Şuşa şəhərinin əhalisinin 98 faizi azərbaycanlılar idi. Şuşa şəhərinin əsası azərbaycanlı Pənahəli xan tərəfindən qoyulub. Bu qədim Azərbaycan şəhərindən bütün azərbaycanlılar qovulub. Odur ki, münaqişə başa çatandan və dinc yolla nizamlamadan sonra, yeri gəlmişkən, bu məqam Madrid Prinsipləri adlanan baza prinsiplərində əks etdirilib, – azərbaycanlı əhali işğal olunmuş ərazilərə qayıtmalıdır. Orada dəqiq yazılıb ki, köçürülmüş bütün şəxslərin öz yaşayış yerlərinə qayıtmaq hüququ var. Beləliklə, sülh sazişi əldə ediləndən sonra, – bunun baş verəcəyinə ümid edirəm, – azərbaycanlılar Dağlıq Qarabağa qayıdacaq və orada əvvəl yaşadıqları kimi yaşayacaqlar. Mənim mövqeyim həmişə belə olub ki, biz 1980-ci illərin sonunda münaqişə başlayana qədər mövcud olmuş ab-havanı qaytarmalıyıq. Düşünürəm ki, bu, mümkündür. Erməni cəlladların Xocalıda törətdiklərindən, dinc əhalini məhv etmələrindən, bizim tarixi, dini abidələri dağıtmalarından, bu ərazilərdə azərbaycanlıların tarixi irsini yerlə-yeksan edəndən sonra bu, asan olmayacaq. Lakin hesab edirəm ki, biz buna çalışmalıyıq. Döyüş əməliyyatları günlərində mənim Ermənistan xalqına və hazırda Dağlıq Qarabağda yaşayanlara müraciətim dəfələrlə səslənib. Mən erməni xalqını öz hökumətinin başına ağıl qoymağa, erməni anaları öz uşaqlarını işğal edilmiş ərazilərə göndərməməyə çağırmışam. Ona görə ki, yəqin indi heç kəs üçün gizli deyil, qondarma “Dağlıq Qarabağ ordusu” yoxdur. “Dağlıq Qarabağ ordusu” deyilən ordunun 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Mən bu cür çağırışlar etmişəm. Erməni tərəfindən bu günlərdə nifrətdən, təcavüzdən, hədə-qorxulardan və tamamilə qeyri-adekvat hərəkətlərdən başqa çağırışlar eşitməmişəm. Bizim mövqeyimiz belədir, biz münaqişənin dinc yolla nizamlanmasının tərəfdarıyıq. İnanıram ki, Ermənistan tərəfinin siyasi iradəsi olarsa, biz buna nail ola bilərik”, – deyə, dövlət başçısı vurğulayıb.
Report