Prezident: Kimin ürəyində nə varsa, bu, bizim işimiz deyilbackend

Prezident: Kimin ürəyində nə varsa, bu, bizim işimiz deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmsədr ölkələrdə çox strukturlaşdırılmış və fəal erməni icmalarının mövcud olmasına biz həmişə anlaşıqlı münasibət bəsləmişik. Amerikada da, Fransada da, Rusiyada da. Biz bu vəziyyəti təhlil edəndə qərarların qəbul olunmasına onların harada daha çox təsir göstərdiyini də müəyyən etmək çətindir. Buna görə biz həmin amili həmişə nəzərə almışıq və indi də nəzərə alırıq.

NOCOMMENT.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Rusiyanın İnterfaks agentliyinə müsahibəsində həmsədrlərin bitərəfliyi məsələsindən danışarkən söyləyib.

Dövlətimizin başçısı sözünə davam edərək deyib: “Birinci mərhələdə, hərbi toqquşmaların ilk günlərində bəzi sapmalar bizdə bitərəfliyə şübhə oyadırdı, indi isə düşünürəm ki, bütün bunlar qaydaya düşüb. Həmsədr ölkələrin ali rəhbərliyi ilə mənim əlaqələrim, habelə əminəm, – Azərbaycanın aldığı beynəlxalq dəstək, – indi gördüyümüz bitərəfliyə gətirib çıxarıb. Bir daha deyirəm, kimin ürəyində nə varsa, bu, bizim işimiz deyil. Lakin beynəlxalq hüququn normalarına və bitərəfliyə riayət edilməsi baxımından, əlbəttə, vasitəçilər buna əməl etməlidirlər. Əks halda onlar, sadəcə, vasitəçi olmaq imkanını itirərlər”.

Prezident qeyd edib ki, vasitəçi qərəzsiz olmalıdır. O, emosiyalarını evdə qoymalı, ya da ikitərəfli formatı tərk etməli, nizamlama çərçivəsində isə ona ATƏT-in verdiyi mandatı və münaqişəni Azərbaycanın və ya Ermənistanın istəyinə uyğun şəkildə deyil, beynəlxalq hüququn tələb etdiyi qaydada nizamlamaq arzusunu əsas götürməlidir.