Prezident nazirə yeni müavin təyin etdibackend

Prezident nazirə yeni müavin təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və təhsil naziri Emin Əmrullayevə yeni müavin təyin edilib. 

NOCOMMENT “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə Həsən Həsənli təyin olunub.

Qeyd edək ki, Həsən Həsənli Elm və Təhsil Nazirliyində nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2021-ci ilin iyunundan 2023-cü il yanvarın 30-dək nazirliyin Aparat rəhbəri vəzifəsini icra edib.