Prezident onları sədr müavini təyin etdibackend

Prezident onları sədr müavini təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) İdarə Heyətinin sədrinə iki yeni müavin təyin edilib.

Qurumdan NOCOMMENT-ə verilən məlumata görə, ASCO-nun Hüquq departamentinin rəisi Zaur Nağıyev və Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyevə sədr müavinləri vəzifəsi həvalə olunub.

Qeyd edək ki, Z.Nağıyev 10 noyabr 1982-ci ildə anadan olub. 2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Hüquq departamentinin rəisi vəzifəsində çalışmaqla bərabər, ADA Universitetinin Hüquq fakültəsində və Azərbaycan Dövlət Dəniz Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. Z.Nağıyev Prezident tərəfindən “Tərəqqi” medalına layiq görülüb.

T.Mirzəyev 1986-cı ildə anadan olub. 2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Strateji inkişaf və investisiya layihələri departamentində aparıcı iqtisadçı, daha sonra departement rəisinin müavini və departament rəisi kimi fəaliyyətini davam etdirib. 2018-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.