Prezident onları Şöhrət ordeni ilə təltif edibbackend

Prezident onları Şöhrət ordeni ilə təltif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Fərəh Şirməmməd qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, F.Əliyeva Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiridir. Sentyabrın 7-də onun 60 yaşı tamam olur.

Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Rauf oğlu Şərifov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, S.Şərifov Azərbaycanın maliyyə naziridir. Sentyabrın 7-də onun 60 yaşı tamam olur.

NOCOMMENT-in xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.