Prezident PUA-lar barədə: Müharibənin gedişatını çox dəyişdiribbackend

Prezident PUA-lar barədə: Müharibənin gedişatını çox dəyişdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan 30 il ərzində işğal edilmiş bölgələrdə bütün təmas xətti boyunca çox güclü istehkamlar qurub”.

NOCOMMENT xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi zamanı bildirib.

“Bəzi yerlərdə onların 4 müdafiə xətti var. Çox böyük beton plitələri var, sığınacaqları, bunkerlər var. Bir də ki, o bölgənin relyefi elədir ki, o həm də təbii istehkamdır. Çünki o dağlıq ərazidir və biz aşağıdan yuxarı gedirik. Hər bir ordu üçün bu böyük çətin və risklidir.

Ona görə bu istiqamətdə bizim gördüyümüz işlər böyük qəhrəmanlıq tələb edirdi. Düşmənin texnikasını dəqiq məhv etmək üçün mütləq pilotsuz uçan aparatlarına ehtiyacımız var idi. Çox xoşbəxtik ki, qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi gözəl PUA və zərbə PUA-larını istehsal etməyə başlayıb. Azərbaycan ilk ölkələrdəndir ki, bu zərbə PUA-larını ala bilib. Yalnız Türkiyə istehsalı PUA-ları ilə bir milyard dollar dəyərində olan erməni silahlı texnikası məhv edilib. Müharibənin gedişatını çox dəyişdirib”.