Prezident Qaraheybət şəhidlərini təltif edib- SİYAHIbackend

Prezident Qaraheybət şəhidlərini təltif edib – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin bu gün təltif etdiyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları arasında “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı baş vermiş helikopter qəzasında həlak olan 7 hərbçinin adı da var.

NOCOMMENT xəbər verir ki, təltif edilən sərhədçi şəhidlər aşağıdakılardır:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əliyev Xəyyam Əlixan oğlu – kapitan (ölümündən sonra)

“Vətən uğrunda” medalı ilə

Əhmədov Elburus Səmrəddin oğlu – mayor (ölümündən sonra)
Əliyev Emil Elman oğlu – mayor (ölümündən sonra)
Əhmədxanov Ceyhun Xanlar oğlu – tibb xidməti kapitanı (ölümündən sonra)
Qaraisayev Teymur Ənvər oğlu – kapitan (ölümündən sonra)
Nağıyev Fərid Təyyar oğlu – baş leytenant (ölümündən sonra)
Süleymanov Abdulla Telman oğlu – leytenant (ölümündən sonra)