Prezident təqaüdü alanların və pensiyaçıların sayı açıqlandıbackend

Prezident təqaüdü alanların və pensiyaçıların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müxtəlif kateqoriyadan olan 290,7 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) NOCOMMENT-ə verilən məlumatda bildirilib.

Ümumilikdə 2020-ci il oktyabrın 1-i vəziyyətinə 411,6 min nəfərə sosial müavinətlər təyin olunub.

2020-ci il oktyabrın 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1244,4 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,4 faizini təşkil edir.

Onların 58,3 faizi yaşa, 30,3 faizi əlilliyə, 11,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,0 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 13,2 faiz artaraq 298,4 manat təşkil etmiş və orta aylıq əmək haqqının 42,2 faizinə bərabər olub.