Prezident Ukrayna ordusunun ən çətin istiqamətini açıqlayıbbackend

Prezident Ukrayna ordusunun ən çətin istiqamətini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələri üçün (USQ) ən çətin istiqamət cəbhənin Kiyevin nəzarətində olduğu Donetsk Xalq Respublikası ərazisində Krasnoarmeysk (Ukrayna adı – Pokrovsk) yaxınlığındakı hissəsidir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, özünün axşam müraciətində, Telegram kanalında məlumat verib.

“Bu gün Baş Qərargah rəisi Aleksandr Sırski ilə danışdım… Cəbhə xətti, mövqelərimiz, fəaliyyətimizlə bağlı hesabatlar oldu. Pokrovsk bizim gündəlik diqqət mərkəzimizdir… Hazırda ən çətin istiqamət məhz buradır”, — deyə Ukrayna lideri bildirib.