Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib.
NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Prezidentin Mətbuat Xidməti məlumat yayıb.