Prezidentin bir müddət öncə şiddətli töhmət verdiyi sədrdən yeni “alış-veriş” – 165 min manatabackend

Prezidentin bir müddət öncə şiddətli töhmət verdiyi sədrdən yeni “alış-veriş” – 165 min manata

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi turistik yol və piyada nişanlamaları, həmçinin məlumat lövhələrinin qurulması xidmətlərinin satın alınması üzrə tender keçirib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi “Project 13” MMC olub. Tərəflər arasında Gəncə şəhərində quraşdırılacaq Turizm məlumat işarələri üçün 165 min 377 manatlıq müqavilə bağlanacağı gözlənilir.

Qalib şirkətin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Əhməd Paşayev Mahir oğludur. Dövlət Turizm Agentliyinə hazırda Fuad Nağıyev rəhbərlik edir.

Qeyd edək ki, bu il martın 4-də Prezident İlham Əliyev tərəfindən ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verilib.