KoronaVirus İnformasiya Portalı
Prezidentin köməkçisi: ATƏT-in Minsk qrupu Gəncə terroruna qiymət verməlidirbackend

Prezidentin köməkçisi: ATƏT-in Minsk qrupu Gəncə terroruna qiymət verməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan tərəfindən törədilimiş cinayətlər hərbi və siyasi təxribat kimi qitmətləndirilməlidir”.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, düşmənin məqsədi mülki əhalini hədəf alaraq, əhali arasında təşviş və panika yaratmaq olsa da, ancaq buna nail ola bilməyəcək.

H.Hacıyevin sözlərinə görə, düşmənin siyasi məqsədi üçüncü tərəfləri münaqişəyə cəlb etmək, Azərbaycanı təhrik etməkdir ki, Silahlı Qüvvələrimiz tərəfindən Ermənistanın mülki məntəqələrinə zərbələr endirilsin və bundan Azərbaycana qarşı istifadə etsinlər:

“Ancaq Azərbaycan Silahlı qüvvələri döyüş məkanında Azərbaycanın işğal olunmuş ərazilərində sülhə məcburetmə əməliyyatları çərçivəsində legitim hərbi obyektləri sıradan çıxarmaqdadır. Humanitar atəşkəs imzalansa da, Ermənistan öz riyakarlığını bir daha göstərdi və Gəncə şəhərinə hücum – terror aktı həyata keçirdilər. Biz bunu qəti şəkildə pisləyirik və vasitəçilik missiyasını həyata keçirən tərəflər – ATƏT-in Minsk qrupunun özü buna qiymət verilməlidir” – deyə H.Hacıyev bildirib.