Prezidentin köməkçisi: Cəbhədə vəziyyət gərgin olaraq qalırbackend

Prezidentin köməkçisi: Cəbhədə vəziyyət gərgin olaraq qalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Humanitar atəşkəs elan olunandan 2 dəqiqə sonra Ermənistan silahlı qüvvələri tərəfindən təxribatlar törədilib. Azərbaycan Silahlı Qüvvələri tərəfindən isə onların layiqli cavabları verilib. Bunun nəticəsində də bizim bir sıra kəndlərimiz işğaldan azad edilib. Bu barədə Ali Baş Komandan da özünün tvitter hesabından xalqımıza xoş xəbəri çatdırıb”.

NOCOMMENT xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, hazırda ön cəbhədə vəziyyət gərgin olaraq qalır: “Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir”.